Əsas Səhifə > Dünya > Ukraynanın bərpası üçün 411 milyard dollar lazımdır
Ukraynanın bərpası üçün 411 milyard dollar lazımdır17-05-2023, 12:01 |
BMT-nin hesablamalarına görə, beynəlxalq təşkilatların maliyyə yardımına baxmayaraq, Ukrayna iqtisadiyyatı 2023-cü ildə durğunlaşacaq. Yenisabah.az xəbər verir ki, bu barədə BMT-nin “Dünyanın iqtisadi vəziyyəti və perspektivləri” adlı hesabatında deyilir. Bildirilir ki, 2022-ci ildə Ukrayna iqtisadiyyatı sənaye potensialının və enerji infrastrukturunun böyük hissəsini itirib, 2022-ci ildə 29,1% azalma olub. Hesabata görə, Ukraynanın bərpası üçün 411 milyard dollar lazımdır. Mayın 4-də Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinə dəyən ziyanın 400 milyard dollar olduğunu bildirib. Geri qayıt |