Əsas Səhifə > Dünya > ABŞ İranın üstünə yeni bomba ilə gəlir

ABŞ İranın üstünə yeni bomba ilə gəlir


23-05-2023, 16:02

“GBU-57” və ya “nüfuzedici kütləvi sursat bomba”sı kimi tanınan ABŞ-ın mina məhv edən 12 tonluq bombasının şəkilləri “Whiteman” Hərbi Hava qüvvələri bazasının “Facebook səhifəsində dərc edilib”. Lakin bir gün keçməmiş həmin şəkillər silinib.

AzVision.az bildirir ki, bu barədə məlumat yayan “Associated Press” agentliyi məhz son vaxtlar ABŞ-İran münasibətlərinin gərginləşməsi fonunda sözügedən bombalarla bağlı görüntülərin dərc edildiyinə diqqət çəkib.

“Bu görüntülərin dərci İran və ABŞ arasında dəniz gərginliyinin güclənməsi və Tehranın nüvə obyektlərinin tikintisində irəliləyişlərin artması ilə eyni vaxtda baş verib. “Whiteman” bazası daha əvvəl sınaqdan keçirməyi planlaşdırdığı çox güclü bombalar aldığını bildirmişdi. Bu baza sözügedən bombaları yerin dərinliklərinə nüfuz etmək gücü yüksək olan silahlar kimi qeyd edib, lakin bombaların necə və harada sınaqdan keçiriləcəyini açıqlamayıb” - məlumatda deyilir.

“Jane's Defense” İnstitutuna bağlı silah məsələləri üzrə analitik Rahul Udoşi “Associated Press”-ə müsahibəsində bu bombaların standart partlayıcı materialın nisbətən yeni materialla birləşməsi olduğunu, hədəfə atıldıqda möhkəm polad korpusunda yerə dərindən nüfuz edəcəyini və sonra partlayacağını bildirib. Lakin onun effektivliyi hələ sınaqdan keçirilməyib.

Amerika rəsmiləri bir müddət əvvəl İranın yeraltı nüvə obyektlərinin məhvini təmin etmək üçün bu tip ardıcıl iki bombanın atılması ehtimalını səsləndiriblər.


Geri qayıt