Əsas Səhifə > Dünya > Ukrayna-NATO Şurasının iclası

Ukrayna-NATO Şurasının iclası


23-07-2023, 23:36

"NATO-nun baş katibi Yens Stoltenberq iyulun 26-da NATO-Ukrayna Şurasının iclasını çağırıb".

Bunu alyansın nümayəndəsi Oan Lunqesku bildirib.

“Tərəflər son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq və Qara dəniz vasitəsilə Ukrayna taxılının daşınmasını müzakirə etmək üçün görüşəcəklər”, - o deyib.

Lunqesku həmçinin əlavə edib ki, görüş səfirlər səviyyəsində keçiriləcək.


Geri qayıt