Əsas Səhifə > Dünya > Türk astronavtın kosmosa uçuşu sabaha qaldı
Türk astronavtın kosmosa uçuşu sabaha qaldı18-01-2024, 01:06 |
Xəbər verdiyimiz kimi, ilk dəfə Türkiyə vətəndaşı kosmosa səyahət edəcək. Uçuşu bu gecə yerli saatla 01:11-ə planlaşdırılan Alper Gazeravcının səyahəti sabah gecəyə dəyişdirilib. “Qafqazinfo” bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir. Dəyişikliyin texniki təchizatdakı yoxlanışlarla əlaqəli olduğu bildirilib. *** Türkiyənin Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kacır bildirib ki, uçuş yanvarın 18-dən 19-na keçən gecə yerli saatla 00.49-da baş tutacaq: “Bu müddət ərzində texniki nəzarətin başa çatdırılması planlaşdırılır”. Geri qayıt |