Əsas Səhifə > Dünya > UKRAYNA BELQORODA ZƏRBƏ ENDİRDİ - 6 nəfər ölüb,
UKRAYNA BELQORODA ZƏRBƏ ENDİRDİ - 6 nəfər ölüb,6-05-2024, 21:00 |
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Bu barədə TASS məlumat yayıb. Bildirilib ki, "Aqro-Belqorye" donuzçuluq kompleksinin işçilərini daşıyan avtomobillər hədəf alınıb, nəticədə 6 nəfər ölüb, 35 nəfər yaralanıb. Məlumata görə, xəsarət alanlardan ikisi uşaqdır. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Vurğulanıb ki, Rusiya İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrinin Belqoroda hücum faktını araşdıracaq:“Rusiya İstintaq Komitəsi hadisənin bütün şəraitini və bu cinayətin törədilməsində iştirak edən şəxsləri müəyyənləşdirəcək”. Hələlik hadisənin digər təfərrüatı məlum deyil. Geri qayıt |