Əsas Səhifə > Dünya > Mask Trampın rüsum siyasətinə
Mask Trampın rüsum siyasətinəDünən, 01:36 |
DOGE rəhbəri İlon Mask Donald Trampın tarif siyasətinə zidd olan təkliflə çıxış edib. Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, o, İtaliyanın Liqa Partiyasının təşkil etdiyi konfransa videobağlantı ilə qatılaraq Avropa ilə ABŞ arasında “sıfır rüsum”ların olduğu azad ticarət zonasının formalaşdırılmasının gərəkdiyini bildirib: “Sonda hər kəs, həm Avropa, həm də ABŞ Avropa və Şimali Amerika arasında sərbəst ticarət zonası yaradılmasına keçməlidir”. İş adamı həmçinin qeyd edib ki, Aİ-də hərəkət və məşğulluq azadlığı ABŞ-da da tərbiq edilməlidir. Onun sözlərinə görə, eyni məsləhəti Trampa da verib. Geri qayıt |