Əsas Səhifə > Dünya > Ərdoğanın oğlu Peterburqda - elə çıxış
Ərdoğanın oğlu Peterburqda - elə çıxışDünən, 21:46 |
Bilal Ərdoğan Putinə təşəkkür etdi, Rusiya idmançılarının beynəlxalq yarışlardan uzaqlaşdırılmasına etirazını bildirdi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan VII Beynəlxalq Etnoidman Forumunda iştirak etmək üçün Sankt-Peterburqa gəlib. Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası yazıb. Qeyd edək ki, Türkiyə liderinin oğlu Dünya Etnoidman Konfederasiyasının prezidentidir. Rusiyanın idman naziri Mixail Deqtyarev və Bilal Ərdoğan bu gün Sankt-Peterburqda VII Etnoidman Forumunu təntənəli şəkildə açıblar. Bilal Ərdoğan bildirib ki, idman “insanları baxış və inancından asılı olmayaraq birləşdirməlidir” və “dünyada mövcud olan ədalətsizliyin təzahürünün qarşısını almaq lazımdır”. "Biz idmandan bütün planetdə baş verən amansız müharibələrə qarşı istifadə etməliyik. "İdmançılar yarışmaq istəyən gənclərdir, lakin onlar bunu edə bilmirlər, çünki onların qarşısına maneələr qoyulur" deyə, - Ərdoğan Rusiya idmançılarının beynəlxalq yarışlardan uzaqlaşdırılmasına etirazını bildirib. (mənbə: Matç-TV). Bundan əlavə, Ərdoğan bu təşəbbüslərin həyata keçirilməsində göstərdiyi köməyə görə Rusiya prezidenti Vladimir Putinə minnətdarlığını bildirib. “Ortaq adət-ənənələrimiz sayəsində biz həqiqətən bir-birimizə nə qədər yaxın olduğumuzu görürük”, B. Ərdoğan qeyd edib. Ərdoğan Rusiya nümayəndələrini mayın 22-dən 25-dək İstanbulda keçiriləcək 7-ci Etnosport Mədəniyyət Festivalına dəvət edib. Mixail Deqtyarev Bilal Ərdoğanın fikirlərini dəstəkləyib və əlavə edib ki, idman siyasətdən kənar olmalıdır və milli mənsubiyyətə görə ayrı-seçkilik qoyulmamalıdır. Tədbir şimali paytaxtda iki gün davam edəcək. Təşkilatçılar bildiriblər ki, bu il tədbirdə 39 ölkədən, o cümlədən Meksika, Argentina, Macarıstan, Polşa, Rumıniya, Qətər, Tunis, Türkiyə, Yaponiya, Monqolustan, Pakistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Gürcüstan, Özbəkistan və digər ölkələrdən nümayəndələr iştirak edir. Tədbirdə İordaniya şahzadəsi, Rusiya, Belarus və Qazaxıstanın idman nazirləri iştirak edirlər. Azərbaycanın Forumda iştirakı haqda heç bir məlumat yoxdur. Rusiya mediası yazır ki, Bilal Ərdoğanın 44 yaşı var. O, ABŞ-da təhsil alıb, İndiana Universitetində Bluminqtonda bakalavr və Harvard Universitetində Kennedi Məktəbində magistr dərəcəsi alıb. O, tikinti və dəniz yüklərinin daşınması ilə məşğul olan BMZ Group nəqliyyat şirkətinin ortaq sahibidir.
Geri qayıt |