Əsas Səhifə > Dünya > Pakistanla Hindistan müharibəyə başlayır - NAZİR
Pakistanla Hindistan müharibəyə başlayır - NAZİRDünən, 22:04 |
Pakistanın müdafiə naziri Xavadja Məhəmməd Asif bölgədə gərginliyin təhlükəli həddə çatdığını bildirib. AzerTaym.az bildirir ki, onun sözlərinə görə, Hindistan və Pakistan arasında müharibə ehtimalı son dərəcə artıb və qarşıdakı iki-dörd gün ərzində münaqişə başlaya bilər. Nazir bu açıqlamanı "Samaa TV" kanalına müsahibəsində verib. Asif qeyd edib ki, bölgə üzərində "müharibə buludları" toplanır və tərəflər arasındakı gərginlik təhlükəli səviyyəyə yüksəlib. Geri qayıt |