Əsas Səhifə > Dünya > Putin Zelenski ilə görüşə gələrsə... - Kiyev bu güzəşti
Putin Zelenski ilə görüşə gələrsə... - Kiyev bu güzəştiDünən, 16:12 |
Rusiya prezidenti Zelenski ilə danışıqlar üçün İstanbula gələrsə, Ukrayna Vladimir Putinlə dialoqu qadağan edən sənədlərə dəyişiklik etməyə hazırdır. Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib. "Putin İstanbula gələrsə, Ukrayna sənədlərində hüquqi düzəlişlər ediləcək", - Podolyak vurğulayıb. Kiyev rəsimsi qeyd edib ki, Putinin olmadığı müddətdə daha aşağı səviyyəli texniki görüş mümkündür, lakin onun əhəmiyyəti sual altında qalır. Podolyak vurğulayıb ki, Rusiya liderinin iştirakı olmadan heç bir mühüm məsələ həll olunmayacaq. Bundan əvvəl Podolyak Ukrayna prezidenti Vladimir Zelenskinin İstanbulda Putindən başqa heç kimlə görüşməyəcəyini açıqlamışdı. Geri qayıt |