Əsas Səhifə > Dünya > London–Sidney təyyarəsi Bakıya təcili eniş etdi – 400-dən çox sərnişin
London–Sidney təyyarəsi Bakıya təcili eniş etdi – 400-dən çox sərnişinDünən, 23:20 |
Londondan Sidneyə uçan beynəlxalq sərnişin təyyarəsi Bakıda təcili eniş edib. Hadisə nəticəsində təyyarədəki 400-dən çox sərnişin Bakı hotellərində yerləşdirilib. Bu barədə xarici mediaya əsaaən İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli məlumat yayıb. Musavat.com onun paylaşımı əsasında xəbər verir ki, Qantas aviaşirkətinə məxsus QF2 reysi ilə Londondan yola düşən və Sinqapur üzərindən Avstraliyanın Sidney şəhərinə istiqamətlənən Airbus A380 tipli təyyarə Azərbaycanın paytaxtında fövqəladə eniş etmək məcburiyyətində qalıb. İlkin məlumata görə, göyərtədə olan təxminən 60 yaşlı bir qadının səhhətində yaranmış qəfil problem səbəbindən təyyarə Bakıya yönləndirilib. Lakin hadisə ilə bağlı yayılan bəzi məlumatlar hadisənin mühərrik nasazlığı və havaya qalxarkən baş vermiş yanğınla da bağlı ola biləcəyini istisna etmir. Təyyarə Bakı Hava Limanına enmək üçün havada təhlükəli sayılan 180 dərəcəlik dönüş manevri edib. Qərb mediasında yayılan xəbərlərə görə, təyyarədə ümumilikdə 600-dən çox sərnişin olub. Qantas şirkətindən verilən açıqlamada bildirilir ki, təyyarədə olan sərnişinlərin hamısı Bakıdakı hotellərə yerləşdirilib və onlar üçün əvəzedici təyyarə göndəriləcək. Sərnişinlərin çərşənbə axşamı Sinqapura yola salınması nəzərdə tutulur. Hadisənin texniki səbəblərlə bağlı olub-olmadığına dair isə ziddiyyətli məlumatlar yayılıb. “Airservices Australia” təşkilatının açıqlamasına görə, təyyarə havaya qalxdıqdan sonra sağ mühərrikdə nasazlıq yaranıb, bu səbəbdən uçuş-enmə zolağına yaxın ərazidə ot örtüyü yanıb, lakin alov qısa müddətdə söndürülüb. Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır. Təyyarənin Bakıya enişinin əsas səbəbinin texniki nasazlıq, yoxsa tibbi yardım ehtiyacı olduğu hələ də tam aydın deyil. Geri qayıt |