Əsas Səhifə > Dünya > Türkiyə-Rusiya gərginliyi yeni mərhələdə -

Türkiyə-Rusiya gərginliyi yeni mərhələdə -


4-01-2016, 15:23

 

Türkiyə qeyri-qanuni hesab etdiyi Rusiyanın iqtisadi sanksiyaları ilə bağlı Ümumdünya Ticarət Təşkilatına və beynəlxalq məhkəmələrə müraciət edəcək.

Bunu Türkiyənin İqtisadiyyat naziri Mustafa Elitaş deyib.

O, Rusiyanın kiçik şəhərlərində türk şirkətlərinin sahiblərinə səhmlərini ruslara təhvil vermək barədə təzyiqlərin edildiyini bildirib:

“Ticarət əxlaqı anlayışı var. Türkiyə vətəndaşları Rusiya dövlətinə güvənib, bu ölkəyə investisiya qoyublar. Baş verənləri səbrlə izləyirik. Gələn şikayətlərlə bağlı sübutları yığırıq. Ümumdünya Ticarət Təşkilatına və Beynəlxalq məhkəmələrə müraciət edəcəyik. Ziyana düşən hər kəsin hüquqları qorunacaq


Geri qayıt