Əsas Səhifə > Dünya > PKK-dan Bərzaniyə
PKK-dan Bərzaniyə8-03-2016, 10:00 |
Şimali İraq kürd muxtariyyətinin neft nazirliyi açıqlama yayıb. Ölkə.az xəbər verir ki, Şimali İraqdakı zəngin neft yataqlarından dünya bazarlarına çıxarılan neftin həcmində ciddi surətdə azalma müşahidə olunur. Hər ay Türkiyə ərazisi ilə 10 milyon bareldən çox nefti dünya bazarlarına çıxaran Bərzani, PKK-nın sabotajları səbəbindən bu həcmi yarıya qədər azaltmaq məcburiyyətində qalıb. Xatırladırıq ki, fevral ayının 18-də PKK Kərkük-Yumurtalık neft boru xəttində partlayış törətmiş və Şimali İraqdan Ceyhana 13 gün müddətinə ümumiyyətlə neft nəql edilməmişdi. PKK-nın terroru nəticəsində gəlirləri ciddi şəkild azalan Bərzani hakimiyyəti artıq həyəcan təbili çalır. Ekspertlərin fikrincə yaxınlarda Türkiyə ordusu ilə birlikdə PKK ilə mübarizəyə peşmərgə də qoşulacaq.
AzerTaym.az Geri qayıt |