Əsas Səhifə > əlavə2 > “Kristal Abşeron”da SU PULUNU
“Kristal Abşeron”da SU PULUNU20-11-2017, 10:43 |
"Kristal Abşeron"ın binasında yaşayan sakinlər hüquqlarının pozulmasından, kommunal xidmət haqlarının artırılmasından şikayətçidir. Bu barədə “Qafqazinfo”ya müraciət edən sakinlər qeyd edib ki, onlarla bağlanılan müqavilə şərtlərinə əməl edilmir: “Məlum olduğu kimi, ötən il Tarif Şurası təbii qazın qiymətinin artırılması ilə bağlı qərar qəbul etmişdi. "Kristal Abşeron" sakinləri bundan çox əziyyət çəkib. Çünki MTK özəl müəssisədi və qiymətlər qeyri-əhali kateqoriyası üzrə hesablanır. İndi "Kristal Abşeron"da 50 kv metr evi olan sakin hər ay təkcə istiliyə 40 manat ödəniş etməlidir. Tarif Şurasının qərarından sonra isti suyun kubmetrini 2 manat 30 qəpiyə qaldıran MTK bu il qiyməti kəskin şəkildə artırıb. İndi isti suyun kubmetri sakinlərə 3 manat 50 qəpiyə verilir. Dövlət suyu əhaliyə 50 qəpikdən satır, "Kristal Abşeron" isə onu qızdıraraq sakinlərə 7 dəfə baha qiymətə təqdim edir.
Geri qayıt |