Prokurorluqdan hər kəsi təəccübləndirəcək addım - Zakir Qaralovun ZİYANLI ƏNƏNƏSİNƏ SON QOYULUR!

Respublika Prokurorluğu hər kəsi təəccübləndirəcək addım atıb.
Gununsesi.info-nun xəbərinə görə, Baş Prokurluq vəkillər Sevda Məhərrəmova və Rövşanə Rəhimlinin mükafatlandırılması üçün Vəkillər Kollegiyasına müraciət edib. 
Buna səbəb isə hər iki vəkilin  hüquq müdafiə fəaliyyətini yüksək peşəkarlıqla icra etmələri və vəkil adına şərəf gətirən fəaliyyətləri olub.
Bütün bunları nəzərə alan Vəkillər Kollegiyası Rəyasət Heyəti isə hər iki vəkili Fəxri Fərmanla təltif edib.
Bununla bağlı açıqlamasında kollegiya sədri Anar Bağırov bildirib ki, Baş Prokurorluq tərəfindən onlara daxil olan bu müraciət kollegiyada böyük məmnunluqla qarşılanıb: “Vəkil adına şərəf gətirən əsl nümunəvi davranış sərgiləyən, hər hansı şəxsi mənafe güdmədən cəmiyyətimizin və dövlətimizin maraqları naminə prinsipial və cəsarətli xanım vəkillərimiz barəsində müraciətə baxılmış və dəyərli həmkarlarımız Sevda Məhərrəmovanın və Rövşanə Rəhimlinin fəxri fərmanla təltif edilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Qeyd olunmalıdır ki, vəkilliyimizin şanlı tarixində ilk dəfə olaraq Baş Prokurorluqdan vəkillərin təltif olunması ilə bağlı bu cür müraciət daxil olmuşdur. Bu gün səhər hər iki vəkilimizi qəbul edərək, Baş Prokurorluğun müraciəti ilə tanış etdim, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından təşəkkür etdim.
Vəkillik və Prokurorluq prosessual məkanda opponentlik edirlər, lakin bu opponentlik olmadan heç vaxt ədalət mühakiməsinin təməl prinsiplərindən olan çəkişmə prinsipinin realizə edilməsi, ədalətin zəfər çalması mümkün olmazdı. Həm vəkil, həm də prokuror üçün insan hüquq və azadlıqlarının qorunması, pozulmuş hüquqların bərpa olunması ən ali məqsədlərdəndir, bizi birləşdirən müqəddəs dəyərlərdir.
Fürsətdən istifadə edərək, vəkillərimizə göstərilən bu cür yüksək hörmət və ehtirama görə başda hörmətli cənab Baş Prokuror Kəmran Əliyev olmaqla Baş Prokurorluğun bütün kollektivinə təşəkkür edirəm”.
Kamran Əliyevin timsalında prokurorluğun bu addımı təqdir olunmalıdır.  Çünki, Azərbaycanda Baş Prokurluq indiyədək ancaq cəza orqanı kimi tanınıb.
Zakir Qaralovun və Rüstəm Usubovun bu sturktura rəhbərliklərui dönəmində onlarla vəkilin cəzalandırılması üçün kollegiyaya təqdimatlar yazılıb və xeyli vəkil cəzalandırılıb. 
Yerigəlmişkən, ölkənin məhkəmə orqanları da Baş Prokurluğun bu təqdirəlayiq addımından nəticə çıxarmalıdır.






Fikirlər