“Şuşadan erməniyə məskən, Laçından koridor olmayacaqdır...” - Maksim Musayev

“Şuşadan erməniyə məskən, Laçından koridor olmayacaqdır...” - Maksim Musayev

Laçının işğalı günləri Azərbaycan parlamentində nələr baş verirdi?.. -TARIX

30 il öncə - 1992-ci il mayın 17-18-də Laçın şəhəri və ətraf kəndlər Rusiyanın birbaşa dəstəyi ilə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. Bəs həmin gün Bakıda – siyasi olayların əsas episentrinə çevrilmiş respublika Ali Sovetində - parlamentdə nələr baş verirdi?
Ad - 00:04

 

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, parlamentin sabiq deputatı, rəhmətlik Maksim Musayev özünün “Mediada düşüncələrim” kitabındakı “Şuşa və Laçın necə getdi? Elitanın parlament dialoqu” başlıqlı məqaləsində bu haqda ətraflı məlumat verir. M.Musayevin özünün də yazının sonunda qeyd etdiyi kimi, məqalə parlamentin iclas protokolları, stenoqramları, audioyazıları və müzakirələr zamanı öz iştirak və şahidliyinə əsaslanaraq qələmə alınıb.
Moderator.az  aktuallığını nəzərə alaraq  həmin yazının  ən maraqlı məqamlarını nəzərinizə çatdırır:

(Əvvəli burada://moderator.az/az/ekskluziv/518748/lacinin-isali-gunleri-azerbaycan-parlamentinde-neler-bas-verirdi-tarix/

 

“Hakimiyyəti öz əlinə alm aq məsələ)si barədə Rəhim Qazıyevin fikrini eşidən Tofiq Qasımov əsəbi halda dedi ki, hakimiyyəti Müdafiə Nazirliyinə vermək düz olmaz. “Müdafiə Nazirliyi bir orduya rəhbərlik edə bilmir, bəs ölkəyə necə rəhbərlik edəcək? O, mümkün olan iş deyil. Özü də ölkədə hərbi çevriliş baş verməyib, heç kim hərbi çevriliş etməyib, ölkənin Konstitusiyası ləğv olunmayıb, hərbi vəziyyət elan olunmayıb. Müdafiə Nazirliyi öz işi ilə məşğul olmalıdır...”

Tofiq Qasımovla Rəhim Qazıyev bir-birini çox yaxşı başa düşürdülər. Zalda əyləşən deputatlar isə onların hər ikisini başa düşürdü. Birisə hakimiyyət çevrilişi olduğuna işarə edirdisə, digəri bu fikirdın hər vasiə ilə uzaqlaşmağa çalışırdı...

Dialoqa qoşulan Vahid Əhmədov göstərdi ki, indi hakimiyyət davası gedir və baş vermiş vəziyyətin özü də hərbi çevrilişdir. Rəhim düzgün qeyd elədi. Laçının vəziyyəti olduqca gərgindir... Ola bilər ki, heç bu gün Laçın bizdə olmasın... Respublikada yaranmış gərgin vəziyyət həqiqətən də ölkədə hərbi rejim yaratmağı tələb edir...

Hakimiyyət çəkişməsinin kulminasiya nöqtəsində biz deputatlar İsa Qəmbərovdan bu sözləri eşitdik:

“Rəhim bəyin çıxışı çox qaranlıq qaldı, mən cavab eşitmədim ki, Müdafiə Nazirliyi Azərbaycanı, dövlətimizi nə cür idarə edəcək. İkincisi də bütün hakimiyyəti Müdafiə Nazirliyinə vermək ifadəsi nə deməkdir? Rəhim bəy dedi ki, çevriliş etmək fikrində deyiləm. Hərbi çevriliş edilmirsə, hansı qanunla, hansı hüquqi əsasla  hakimiyyət Müdafiə Nazirliyinə verilir?  Hər halda bu saat Azərbaycanı idarə etməyə qadir olan qüvvə  Xalq Cəbhəsi və onun ətrafında birləşmiş demokratik qüvvələrdir. Bu qüvvənin dövləti idarə etmək imkanları da var, proqramı da var, konkret təklifləri də var. Sual verəndə ki, Müdafiə Nazirliyi dövləti nə cür idarə edəcək, ona cavab alınmadı... Mən hakimiyyətin Müdafiə Nazirliyinə verilməsinin əleyhinəyəm...”

Bir sözlə, Müdafiə Nazirliyinin bomba kimi partlayan təklifindən sonra Milli Şurada məsələlər tamam başqa istiqamətə yönəlməyə başlandı.  Məsləhətləşmələr aparılır, yeni qərarlar qəbul etmək üçün çoxlu səsvermələr keçirilir və yüksək vəzifəli şəxslərin təyinatı barədə danışıqlar aparılırdı...

Şura iclasıının sonuna az qalmışdı ki, deputat Arif Hacıyev Şuşa və Laçından şad xəbər yox, cılız bir elan verdi ki, Ali Sovetin binasında deputatların otaqlarının qapılarını sındırıb içərisində onlara aid əşya və paltarları oğurlayıblar. Bu gülünc faktın aşkarlanmasını ona görə vacib bildik ki, əgər siahlı mühafizəçiləri olan bir binada, Azərbaycan xalqının müqəddəratı həll olunan Ali Sovetdə belə bir hərc-mərclik vardısa və oğurluqlar edilirdisə, onda respublikanın vəziyyəti necə ola bilərdi? Özünü qoruyub saxlaya bilməyən hakimiyyət Şuşa və Laçının işğalını dayandıra bilərdimi?..

Acınacaqlı hallardan biri də odur ki, hakimiyyətə”demokratik yolla” gəlmiş yeni rəhbərlik – İ. Qəmbərovun rəhbərlik etdiyi Milli Məclis 21 may 1992-ci il tarixli iclasında Şuşa və Laçının qaytarılması, qaçqınların yerləşdirilməsindən yox, onların Bakıya gəlməsinin qarşısının alınması problemlərindən danışmağa başlayır...

Bu da verilən vədlərin nəticəsi... Digər tərəfdən, Laçının kəndlərindən çıxan əhalinin geri qaytarılması barədə də fikir mübadiləsi edilir, lakin məsələlərin həlli barəsində qərar çıxarılmır. Milli Məclisdəki müzakirələrdən belə bir nəticə çıxarmaq olur ki, Şuşa və Laçın barəsində aparılan söhbətlər yalnız söhbət xatirinə olub, məsələləri köklü hll etmək üçün yox...

Ümumiyyətlə, Şuşa və Laçın haqda yaddaşımızı bərpa edərkən  və bəzi sənədlərə baxarkən belə bir fikir yaranır ki, Şuşa və Laçının işğalı hər gün baş verə bilərmiş... Çünki onlara respublika səviyyəsində qayğı yox dərəcəsində olub. Bakıdakı rəhbərlər və müxalifət öz qayğılarıyla məşğul olmuş, başları öz siyasi oyunlarına qarışdığından respublika unudulmuşdu...

Yalnız 1992-ci ilin mayı ərəfəsində  respublikada 3 dəfə dövlət çevrilişi cəhdi, bir neçə dəfə istefa məqamları olub və iki dəfə bu və ya başqa yolla hakimiyyət dəyişilib. Belə bir hakimiyyətsizlik şəraitində Şuşa və Laçın işğal olunmaya bilərdimi?..

Əgər şuşalı və laçınlılar arxayınlaşdırılmasaydılar, heç vaxt onların bir qarış torpağı belə, düşmənə qalmazdı. Son yüzilliklərdə  daim erməni əhatəsində olan şuşalı və laçınlılar əsrlər boyu ermənilərə hər bir cəhətdən üstün gəlmişlər. Onlar həmişə ayıq, gözüaçıq və milli cəsarətə malik insanlar olublar. Onları evindən-eşiyindən, elindən-obasından didərgin salanlar həm tarix, həm xalq qarşısında günahkardırlar. Şuşalılara başmaq silən, laçınlılara itaət edən, onlara nökər olmağı özlərinə şərəf bilən ermənilər indi o yaylaqlarda at çapırlar.  Şuşalıları şuşasız, laçınlıları laçınsız qoyub vəzifə davası edənlər olub-keçənlərdən ibrət götürməli, lənətlənməlidirlər. O torpaqların sahiblərinin ümidinə qalsa idi, min dığanın bir kəndə ayaq basmağa cəsarəti çatmazdı. Vəzifə hərisləri, hakimiyyət acgözləri xalqı pis günə qoydu, ziyalılarımızı başıaşağı elədi, igid oğullarımızı pisikdirdi.  Şuşa və Laçının  qəhrəman oğulları, Həcərtək qızlarıyla daim fəxr etmiş, onların vətənpərvərliyi, şücaəti və dəyanətləri ilə öyünmüşük.  Allah qoysa, yenə də Şuşa Qarabağın tacı,  Laçın isə respublikanın ərazi nəhəngi olacaq.  Şuşadan erməniyə məskən, Laçından koridor olmayacaqdır.  Atalar demiş: Dəmiri kürədən dəmir çıxardar...”

Qeyd:
 Materialda adı çəkilən hər bir şəxsin rəylərini dinləyib təqdim etməyə hazırıq...

Təqdim etdi: Sultan Laçın






Fikirlər