“Paşinyanın deyə bilmədiklərini Ter-Petrosyan vasitəsilə dedirdirlər” - Arzu Nağıyev

“Paşinyanın deyə bilmədiklərini Ter-Petrosyan vasitəsilə dedirdirlər” - Arzu Nağıyev  

Bu gün Ermənistanda demək olar ki, ən ayıq siyasi liderlərdən biri məhz Levon Ter-Petrosyandır. Çünki onun problemin həllinə olan yanaşması daha düzgündür”.
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev bu fikirləri Musavat.com-a Ermənistanın birinci prezidentinin son açıqlamalarını şərh edərkən söyləyib.
 
Millət vəkilinin sözlərinə görə, Ter-Petrosyanın “artıq taleyüklü məqam yetişib, əvvəlki fikirayrılıqları, mübahisələr bir kənara qoyulmalıdır, iqtidarla müxalifət arasında dialoqa getmək lazımdır” söyləməsi mühüm amildir: “Niyə məhz indi bunu söyləyirlər. Birincisi, bu, Nikol Paşinyan hakimiyyətini qorumaq zərurətindən irəli gəlir. Sentyabrın 22-də bütün ermənilərin katolikosu Eçmiədzində Ermənistanın və separatçı rejimin keçmiş başçılarının iştirak etdiyi toplantı keçirib. Tərəflər Ermənistandakı vəziyyəti müzakirə ediblər. Əlaqələrin davam etdirilməsi qərara alınıb və bundan sonra bu bəyanat səsləndirilib. Ter -Petrosyan öz vətəndaşlarını da sakitləşdirməyə çalışır ki, Bakı və Ankara ilə problemlər həll olunmasa, tezliklə Ermənistan dövlətçiliyinin mövcudluğunun özü elə təhlükə altına düşəcək.
 
Baxmayaraq ki, bu, elə Ermənistanın kapitulyasiyası deməkdir, amma başqa çıxış yolunun olmamasını da qeyd edir. Amma bu qərarı qəbul edə biləcək rəhbər satqın kimi damğalanacaq və məsuliyyət onun üzərində qalacaq. Təbii ki, o, Nikol Paşinyanı nəzərdə tutur və bildirir ki, bütün pis variantlardan ən az ağrılı olanı seçin və buna nail olmaq üçün bizdə yalnız Nikol Paşinyana ümid edilməlidir. Eyni zamanda bildirilir ki, hazırda Paşinyanı əvəz edəcək hər kim olsa belə, bundan daha xoşagəlməz sənədə imza ata bilər”.
 
A.Nağıyevin sözlərinə görə, Eçmedzində iştirak edən tərkibə baxanda məlum olur ki, Ter Petrosyan kimə işarə edir: “Bunlar - Ermənistanın eks-prezidentləri Robert Köçəryan, Serj Sərkisyan və “Dağlıq Qarabağ”ın keçmiş başçıları Arkadi Qukasyan və Bako Saakyandır.
 
Araik Arutunyan və sairləri burada yoxdurlar. Çünki bunlar qatı cinayətkarlardılar və kilsədə görüşmək dünya ermənilərini də bu oyunda qərar verməyə qatmaqdır. Ter-Petrosyan belə müzakirələrin davam edəcəyini istisna etməməklə sanki vaxtın uzanacağını anons edir. Bir sözlə, Paşinyanın deyə bilmədiklərini Ter-Petrosyan vasitəsilə dedirdirlər və nəticə kimi qərarın qəbul edilməsi üçün demə k istədikləri ümummilli konsolidasiyaya ehtiyacın olmasıdır...”
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

 






Fikirlər