PREZİDENT ONLARI YÜKSƏK VƏZİFƏYƏ TƏYİN ETDİ - Foto + DOSYE (Yenilənib)
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunub. “AzPolitika” xəbər verir ki, Sərəncama əsasən, Xəyyam Fəxrəddin oğlu Məmmədov birinci müavin, İlham Üzeyir oğlu Bayramov və İlqar Tapdıq oğlu Gülməmmədov müavin təyin olunub. Bu münasibətlə qurumda iclas keçirilib və müavinlər kollektivə təqdim edilib. Qeyd edək ki, “qafqazinfo”nun məlumatına görə, Zaur Mikayılovun birinci müavini təyin edilən Xəyyam Məmmədov əvvəllər bir sıra vəzifələrdə çalışıb. Belə ki, 1975-ci ildə Moskvada doğulan X.Məmmədov 1997-2019-cu illərdə bir neçə xarici investisiyalı şirkətlərin törəmə müəssisələrində müxtəlif vəzifələrdə, eləcə də Ədliyyə Nazirliyinin Aparatında aparıcı mütəxəssis, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatında şöbə müdiri kimi çalışıb. 2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini təyin edilib. 2021-ci ildə Prezidentin Sərəncamına əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının üzvü, 2022-ci ildə isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının üzvü təyin olunub. Xəyyam Məmmədovun son iş yeri isə “Azərsığorta” ASC-nin Direktorlar Şurasının üzvü vəzifəsi (16 iyul 2022-ci ildən) olub.