Bəşər Əsədin qardaşı əsir düşdü - İDDİA
Latakiyada Bəşər Əsədin qardaşı Mahir Əsədin tutulduğu ehtimal edilir. Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Məlumata əsasən, müxalifət qüvvələri Latakiyanın Əl-Rəbia qəsəbəsindəki fermada bir qrup zabiti mühasirəyə alıblar. İddialara görə, həmin şəxslər arasında Bəşər Əsədin qardaşı Mahir Əsəd də var. Qeyd edək ki, Mahir Əsəd Bəşər Əsədin kiçik qardaşıdır.