YENİ NAZİR bu şəxsə də yüksək VƏZİFƏ VERDİ
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə yeni rəis təyin edilib. AzerTaym.az report.az-a istinadən xəbər verir ki, bu, Mirzə Əliyevdir. O, bundan əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-də, "Kapital Bank" ASC-də, BTM-nin Cenevrədəki (İsveçrə) ofisində çalışıb. Xatırladaq ki, indiyə qədər Dövlət Xidmətinə rəhbərlik etmiş Rüfət Rüstəmzadə bu ilin fevral ayında Qida Təhlükəzliyi Agentliyinin sədr müavini təyin edilib. Bu təyinatdan sonra onun səlahiyyətlərini müvəqqəti olaraq müavini Zaur Əliyev icra edib.