Əsas Səhifə > Əsas xəbərlər > «Kristal CF» MMC halala haram qatır
«Kristal CF» MMC halala haram qatır12-05-2016, 11:54 |
Etiraf etmək lazımdır ki, ölkədə sahibkarlara, iş adamlarına münbit şərait yaradıldıqca bəzi işbazlar bundan öz şəxsi maraqları naminə istifadə etməyə, asan yolla daha çox gəlir əldə etmək üçün istehlakçılara kələk gəlməyə, keyfiyyətsiz məhsulları dəyərindən bir neçə dəfə baha qiymətə satmağa, bir sözlə fırıldaqçılıqla məşğul olmağa başlayıblar. Düzdür, onların əməlləri müvafiq dövlət qurumları tərəfindən ifşa olunsa da, təəssüf ki, bu cür şirkətlər hələ də qalmaqdadır.
Məhz elə bu səbəbdən də yol verilən qanun pozuntusu ilə əlaqədar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Cəfər müəllimin sahibi olduğu «Kristal CF» MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, pivə ilə yanaşı, ət və ət məhsulları, əsasən də sosiska və kolbasa istehsalı ilə məşğul olan «Kristal CF» MMC-nin törətdiyi əməllər, yol verdiyi kobud nöqsanlar bununla bitmir. Belə ki, məlumatlı şəxsin sözlərinə görə, bir müddət əvvəl, Cəfər müəllimin sahibi olduğu şirkətin istehsal etdiyi və üzərində «halal» sözü yazılmış kolbasadan donuz piyi çıxıb: «Kristal CF» MMC-nin istehsal etdiyi sosiska və kolbasalar bu gün şəhərin müxtəlif mağazalarında, o cümlədən böyük supermarketlərdə istehlakçılara təqdim olunsa da, şirkətin məhsullarının keyfiyyəti standartlara cavab vermir. Belə ki, bir müddət öncə, üzərində «halal» sözü yazılmış kolbasadan donuz əti və piyi çıxıb. Hadisə paytaxtın 8-ci kilometr qəsəbəsi ərazisində yerləşən «Araz» supermarketlər şəbəkəsində qeydə alınıb. Geri qayıt |