Əsas Səhifə > Əsas xəbərlər > QARADAĞ RAYONUNDA BENZİN MAFİYASI MEYDAN SULAYIR –
QARADAĞ RAYONUNDA BENZİN MAFİYASI MEYDAN SULAYIR –31-05-2016, 13:00 |
Qaradağ rayonundakı Sahil qəsəbəsində bir dənə də olsun yanacaqdoldurma məntəqəsi yoxdur. Bu isə yanacaq alveri ilə məşğul olan dəstənin birbaşa işinə yarayır. Arif və Kamal adlı şəxslər polis orqanlarının himayəçiliyi ilə qəsəbə ərazisində bir neçə yanacaq satış məntəqəsi açıblar. Qəsəbənin mərkəzi küçəsi boyu xırda dükanlarda açıq yanacaq alveri gedir. Xırda dükanları ağzınadaək benzinli kanistirlərlə dolduraraq qanunsuz yanacaqdoldurma məntəqəsi kimi istifadə edirlər . Satış yerində heç bir təhlükəsizlik qaydalarına riayət edilmir. Bu heç mümkün də deyil. Siqaret kötüyündən yaxud ətrafdakı kababxanalardan uçub təsədüf bura düşən qığılcılm böyük partlayışa səbəb ola bilər. Yanacaq dükanları qəsəbənin gəlişli-gedişli yerində olduğu üçün insan təlafatı qaçılmazdır.
Geri qayıt |