Əsas Səhifə > Əsas xəbərlər > Mətbuat Şurası da
Mətbuat Şurası da20-07-2016, 18:38 |
Mətbuat Şurası "Zaman Azərbaycan" qəzetinə xəbərdarlıq edib. AzerTaym.az Mətbuat Şurasının saytına istinadən xəbər verir ki, Türkiyə Cumhuriyyətində baş verən prosesləri işıqlandırmaq, Azərbaycan auditoriyasına çatdırmaq, müxtəlif hadisələrə dair rəy və şərhlər hazırlamaq mediamızın başlıca fəaliyyət istiqamətlərindəndir. Belə dəst-xətt Azərbaycan və Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərindən qaynaqlanmaqla mənəvi məsuliyyət yükü yaratdığı kimi, iki ölkənin strateji əməkdaşlıq xəttinə söykənərək mühüm siyasi və iqtisadi əhəmiyyət də daşımaqdadır. Azərbaycan mediası 15-16 iyul 2016-cı il tarixlərində Türkiyədə həyata keçirilməsinə cəhd edilən hərbi çevriliş aktına da bu baxımdan yanaşdı, qardaş ölkə xalqının mövqeyini dəstəkləyərək demokratik dəyərlərə sadiqliyini nümayiş etdirdi, hakimiyyətə qarşı terroru qəti şəkildə pislədi. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 20 iyul 2016-cı il tarixdə keçirilmiş iclasında ölkə mediasının bu fəaliyyət dəst-xəttindən məmnunluq ifadə olunub. Geri qayıt |