Əsas Səhifə > Əsas xəbərlər > Yavər Camalov təcili Şirvana yola düşdü

Yavər Camalov təcili Şirvana yola düşdü


26-07-2016, 18:44

Müdafiə Sənayesi Nazirliyinin ümumi şöbəsinin rəisi Bəxtiyar Əsədov Ölkə.Az-a verdiyi açıqlamasında iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda partlayış baş verdiyini təsdiqləmişdi.

Ölkə.Az-a verdiyi növbəti açıqlamasında nazirlik rəsmisi bildirib ki, hadisənin hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün araşdırma aparılır. 

Nazirliyin rəhbərliyi, o cümlədən nazir Yavər Camalov özü hadisə yerinə yollanıb. Yanğın söndürüləndən sonra ərazidə daha geniş araşdırma aparılacaq və partlayışın dəqiq səbəbi aydınlaşdırılacaq", - deyə Bəxtiyar Əsədov Ölkə.az-a verdiyi açıqlamasında bildirib.


Geri qayıt