Əsas Səhifə > Əsas xəbərlər > Azərbaycan nümayəndə heyəti İslam Kərimovun dəfnində iştirak etmək üçün
Azərbaycan nümayəndə heyəti İslam Kərimovun dəfnində iştirak etmək üçün3-09-2016, 11:54 |
Milli Məclis (MM) sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun dəfn mərasimində iştirak etmək üçün bu ölkəyə yola düşüb. Bu barədə “Report”a MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
O bildirib ki, nümayəndə heyətinə O.Əsədovla yanaşı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, xarici işlər nazirinin müavini Xələf Xələfov və başqa rəsmilər daxildir.
Geri qayıt |