Əsas Səhifə > Əsas xəbərlər > Şəhid anasından Zakir Həsənova-
Şəhid anasından Zakir Həsənova-7-11-2016, 12:53 |
Bir müddət əvvəl şəhid anası Əsli Muradovanın ölkə başçısı cənab İlham Əliyevə və aidiyyəti qurumlara etdiyi müraciətlərə cavablar gəlib. Miq.az xəbər verir ki, ancaq cavabların hər hansı birində ananın suallarına cavab verilməyib. Müdafiə nazirliyi məktuba cavabı ƏƏSMN-nə və onun Bərdə şöbəsinə yönləndirməklə kifayətlənib. Hansı ki, müdafiə nazirliyindən Mübariz Muradovun N saylı Hərbi hissənin heyətinə qəbul edilməsi, həlak olması barədə adı çəkilən qurumun arxivində məlumatın olması, lakin "Qaytarılmaz itkilər” adlı kitabda şəhidin adının niyə, hansı səbəbdən olmadığına dair izahat istənilir. Bu suala isə ancaq Müdafiə Nazirliyinin özü cavab verə bilər, ya da SHXÇDX-i. ƏƏSMN-yi yox! ƏƏSMN-nın özünün cavab verəcəyi suallar onsuz da çoxdur. Verilən statusu dayandırmaq, vətəndaşa qarşı bu qədər haqsızlıq etmək, qaysaq tutan yaraları qaşıyıb qanatmaq, illərlə adına şəhid təqaüdünü alıb, mənimsəmək, sonrada məhkəmə ayağına çəkmək və s. Hər kəz özünə aid olana cavab versə yaxşı olmazmı? Şəhid anası Əsli Muradova Miq.az saytına bildirir ki, dövlət orqanlarının ona olan münasibəti və cavabları ənənəvi formada davam etdirilir. Həmin orqanların dediklərində yeni heç nə yoxdur. Müdafiə nazirliyi, SHXÇDX, Baş Prokurorluqdan aldığım cavablarda mənim bilmək istədiyim suallara cavab verilmir. Oğlumun ölümü barədə hərbi hissənin verdiyi arayışda-onun Azərbaycan Respublikasının müdafiəsində xidməti borcunu yerinə yetirərkən Murovdağ bölgəsində həlak olduğu bildirilir. Müdafiə nazirliyi cavab verir ki, adı qaytarılmaz itkilər kitabında yoxdur deyə şəhid adı ona şamil edilmir. SHXÇDX- nin 27 oktyabda göndərdiyi məktubda deyilir ki, oğlunuzun ölüm faktı şəhidlik adına uyğun gəlmir. Oğlunuzun şəhid, Sizin şəhid ailəsi statusunuzun bərpa olunması məsələsinə yalnız prokurorluq və ya məhkəmə orqanlarının müvafiq qərarından sonra baxıla bilər. Şəhid anası bildirir ki, göndərilən məktubların hamısında belə yazılır. Sonuncu dəfə isə ünvanladığım məktublarda onların dedikləri şəraitə aydınlıq gətirilməsini istədim. Təəssüf ki, yenə də hər hansı izahat verilmir, bildiklərini yazırlar.
Əsli Muradova Baş Prokurorluqdan aldığı məktubdan sonra belə qənaətə gəlib ki, qanunlara nəzarət eləmək vəzifəsi olan belə bir dövlət qurumu isə ümumiyyətlə funksiyasını yerinə yetirmir. Onda belə bir fikrin formalaşmasında əsaslı səbəb də var. 10 may 2016-cı ildə Baş Prokurorluğun DİO-nın istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini baş ədliyyə müşaviri Müşfiq Səfərovun imzasıyla Əsli Muradovaya məktub göndərilib.
Məktubda Bərdə RPŞ-da məsələylə bağlı araşdırma aparıldığı, cinayət tərkibli hal olmadığından cinayət işinin başlanmasının rədd edildiyi bildirilir. Həmin məktubun xüsusi özəlliyi isə şəhid təqaüdünün Əsli Muradova tərəfindən həm alınmadığı bildirilir, həm də alındığı. Şəhid anasının sonuncu dəfə etdiyi müraciətə yenə də həmin adam Müşfiq Səfərov cavab verib. Özü də, eynilə həmin məktubla. Sadəcə məktubun yuxarısındakı tarix dəyişib. 10 may 2016-cı il yerinə 20 oktyabr 2016-cı il yazılıb. Məktubun qeydiyyat nömrəsi belə dəyişməyib. Şəkildə məktublara diqqətlə baxın:
![]() ![]() Halbuki maydan bu yana Ə. Muradova məhkəmə ayağına çəkilb. Almadığı pulların hesabını soruşubdular. 05 iyul 2016-cı il tarixdə Bərdə rayon Prokurorluğunda növbəti dəfə Bərdə RPŞ-nın qətnaməsi ləğv edilib. Yenidən məsələnin araşdırılması üçün Bərdə RPŞ-ya göndərilib. Heç şübhəsiz Müşfiq Səfərov cavab yazarkən bu halları nəzərə almalıydı. Ən azından may ayındakı məktubun vergülünü belə dəyişmədən Əsli Muradovaya göndərmək dövlətin olduqca mötəbər bir orqanının adına yaraşmaz.
![]() Şəhid Mübariz Muradov
Miq.az bir daha xatırladır ki, Ə. Muradovanın oğlu Mübariz Muradov 1995- ci ilin 27 dekabrında ön cəbhədə- Murovdağ bölgəsində həlak olub. Hərbi hissənin verdiyi arayışda Muradov Mübariz Heydər oğlunun Azərbaycan Respublikasının Müdafiəsində Murovdağ bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olub-deyə şəhidin ailəsinə məlumat verilib. Bərdə RİH, Bərdə rayon ƏSMM-i şəhid adı və şəhid ailəsi statusunu rəsmən təsdiq ediblər. 2008-ci ildən isə Bərdə ƏSMM-i statusu təsdiq etməkdən ötrü yenidən düşünməli olublar. Hərbi komissarlıqdan şəhidliyi təsdiq edən arayış tələb ediblər. Bunu ala bilməyən ana şəhid təqaüdünün dayandırıldığını düşünüb. 2014- cü ildə isə yenidən ona Bərdə ƏSMM-dən məktub gəlib ki, oğlunun şəhid olması barədə arayış təqdim elə. Və məlum olub ki, 2008-ci ildən sonra həmin vəsait, şəhid təqaüdü Ə. Muradovanın adından alınıb. ƏƏSMN-nin Kapitalbank bankomatlarından götürülən təsvirlər əsasında şəhid təqaüdünün Ə. Muradovanın deyil, başqalarının götürdüyünü müəyyən etsə də, sonda Bərdə ƏSMM-i məsələnin məhkəmədə araşdırılmasına qərar verib.
Geri qayıt |