Əsas Səhifə > Əsas xəbərlər > Zakir Həsənov bir qrup hərbi qulluqçuya
Zakir Həsənov bir qrup hərbi qulluqçuya27-12-2016, 08:54 |
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən bir qrup zabitə növbəti “polkovnik” hərbi rütbəsi verilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi qulluqçuları qəbul edən müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb. Müdafiə naziri Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrdə görülən irimiqyaslı quruculuq işlərindən, son vaxtlar dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb.
Geri qayıt |