Əsas Səhifə > Əsas xəbərlər > ““Qafqaz”ın bazasında yeni universitet yaradıla bilər”
““Qafqaz”ın bazasında yeni universitet yaradıla bilər”18-01-2017, 11:47 |
"Prezidenti İlham Əliyev Bakı Mühəndislik Universitetinin yaradılması haqqında sərəncam imzalayıb. Ola bilsin ki, Bakı Mühəndislik Universiteti Qafqaz Universitetinin bazasında yaradılsın”. Bu sözləriBakiPost.az-a açıqlamasında təhsil üzrə ekspert Etibar Əliyev deyib. Onun sözlərinə görə, Qafqaz Universitetində yalnız 24 təbiət ixtisası üzrə təhsil alan tələbələr qalacaq: "Qafqaz Universiteti istisna olmaqla, universitetlərin bağlanması oradakı təhsilin keyfiyyəti və akkreditasiya müddətinin bitməsi ilə bağlıdır. Amma Qafqaz Universiteti fərqli şəkildə bağlanır. Universitetdə 24 təbiət ixtisasları üzrə tələbələr qalacaq. Digər ixtisaslar üzrə təhsil alan tələbələr isə başqa ali məktəblərə köçürüləcək. Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Mühəndislik Universiteti yaradılacaq. Bu universitet ola bilsin ki, "Qafqaz”ın bazasında yaradılsın. Bunun olması mümkündür. Amma belə olan təqdirdə qeyri ixtisasların orda qalması mümkün deyil. "Qafqaz”ın digər bağlanan universitetlərdən fərqi ondan ibarətdir ki, bu ali məktəbə tələbələr çox yüksək balla daxil olub. Həmin tələbələr topladıqları ballara uyğun digər ali dövlət məktəblərinə köçürüləcəklər”. Etibar Əliyev bildirib ki, təhsilin keyfiyyəti tələblərə və standartlara cavab vermədiyi halda ali məktəblərin fəaliyyətinə xitam verilməlidir:"Mən bunun tərəfdarıyam. Çünki keyfiyyətsiz mütəxəssis hazırlamaq artıq cəmiyyətin tələblərinə cavab vermir”. Təhsil eksperti qeyd edib ki, Kooperasiya Universitetinin fəaliyyətinin bağlanması istiqamətində də işlər aparılmalıdır:"Bu universitetdə çoxlu neqativ hallar mövcuddur. Təhsilin keyfiyyəti çox aşağı səviyyədədir. Ona görə aidiyyəti qurumlar bu barədə də düşünsələr, yaxşı olar”.
Geri qayıt |