Əsas Səhifə > Əsas xəbərlər > Həyatı təhlükədə olan neftçilərdən 300-ü -
Həyatı təhlükədə olan neftçilərdən 300-ü -8-02-2017, 16:58 |
"Neft daşları”nda həyatları təhlükədə olan 300-dən çox neftçi sahilə çıxarılıb.AzerTaym.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, neftçilər bu gün səhər saat 07:00 radələrində sahilə gətirilin: "Bu gün də, dünən də eyni hava idi. Amma dünən 300-dən yuxarı insanı sahilə çıxarmadılar. Yenə də küləyi bəhanə etdilər. Düşünürəm ki, onları məsul şəxslər yox, daima şər atdıqları üçün elə külək özü cəzalandıracaq. Dünən niyə onları çıxarmadılar? Bir gün də onları orada saxladılar. Bu hava bəhanəsi idisə, bu gün hava dünənkindən də pisdir. Sabit hava ola-ola neftçiləri sahilə çıxarmırlar. Niyə köhnə gəmilərdən istifadə edirlər? Bu təhlükəlidir. "PSK” altı düz, çay gəmiləri də çox narahatdır. Neft Şirkətinin pulu xərcləmədiyi yer yoxdur. Amma neftçilərin qeydinə qalmırlar. Neft Şirkəti nə vaxta kimi insan faktorunu yadından çıxardacaq?” Geri qayıt |