Əsas Səhifə > Əsas xəbərlər > Azərbaycanda “elektron çoban”lar

Azərbaycanda “elektron çoban”lar


22-02-2017, 19:23

qoyun-quzu-qoyun-surusu-qoyun-surusu

Zaman keçdikcə müxtəlif işlərdə insan əməyinə ehtiyac qalmayıb. Müasir texnologiyanın inkişafı qoyunların da elektron üsulla otarılmasına imkan verir.

Baku.ws bildirir ki, Azərbaycanda artıq “elektron çoban”lar fəaliyyətə başlayır. “Elektron çoban”ın xidmətindən istifadə edərək fermerlər rahatlıqla digər işləri ilə məşğul ola bilərlər. Bu qurğunun sayəsində isə mal-qara otlaq sahələrində təhlükəsiz şəkildə otlayır.

Kənd sakinlərinin öz icadları olan “elektron çoban” məftildən və elektrik cərəyanı ötürən qurğudan ibarətdir. Ərazini əhatə edən məftillər zəif elektrik enerjisi ilə təmin olunur. Bu məftilə toxunan heyvanı elektrik vurur, nəticədə də heyvan qorxaraq geriyə qayıdır. Onu da qeyd edək ki, bu zaman heyvanlara heç bir zərər toxunmur.

Aran rayonlarında çox tətbiq edilən bu qurğunun necə işlədiyi haqda video təqdim edilir. AzerTaym.az

 


Geri qayıt