Əsas Səhifə > Əsas xəbərlər > Dövlət İqtisad Universiteti
Dövlət İqtisad Universiteti28-03-2017, 12:39 |
Faktinfo.az xəbər verir ki, bir sıra təhsil müəssisələri, o cümlədən Azərbaycan Dövlət İqtisad Universiteti təkrar yoxlanılır. Belə ki, Azərbaycan Respublikası Hesablama Palatası bir neçə ay bundan qabaq ADİU-da yoxlamalar aparıb. Lakin məlum yoxlama prosesi başa çatdıqdan bir müddət sonra 2014-2016-cı tədris ilinə dair xərclənən vəsaitərin təkrar yoxlanılması haqda qərar qəbul edilib. Bu isə müəyyən mənada ADİU və digər təhsil müəssisələrini çətin duruma sala bilər. Çünki təkrar yoxlama yaxşı sonluq vəd etmir. Görünən odur ki, aidiyyatı rəsmi qurumlar indiki iqtisadi böhranla əlaqədar bir sıra ali məktəblərdə maliyyə pozuntularına, israf etməyə göz yummaq istəmir. Ona görə də daha dərin yoxlama aparmasına start verilib. Digər tərəfdən rektor Ədalət Muradov özü də hansısa səbəblərdən Universitetdə nəzarəti gücləndirir,baş verənləri mətbuatdan mümkün qədər gizli saxlamağa çalışır. Məsələn, o, İnformatika Kommunikasiya Texnologiyaları Mərkəzinin texniki xidmət və proqram şöbəsinin müdiri Elxan Şükürovu 28.02.2017-ci il tarixində vəzifəsindən kənarlaşdırıb. Bir neçə gün sonra isə E.Muradov Elxan Şükürovun yanında işləyən oğlu Azər Şükürovu da işdən azad edib. Buna səbəb ata və oğulun semest imtahanları zamanı texnologiyaya müdaxilə edərək bir qrup tələbəyə imtahandan keçmələri üçün şərait yaratmaları olub. Sözügedən məsələlərə aydınlıq gətirmək məqsədilə dəfələrlə ADİU-da aidiyyatı şəxslərə müraciət etsək də,qarşı tərəfin mövqeyini öyrənmək heç cür mümkün olmadı. Geri qayıt |