Əsas Səhifə > Əsas xəbərlər > ANS MTRŞ-ya qarşı məhkəmə
ANS MTRŞ-ya qarşı məhkəmə10-04-2017, 18:46 |
Bu gün Bakı Apellyasiya Məhkəməsində "ANS Müstəqil Yayım və Media" Şirkəti Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Bu barədə "Report"a MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadə məlumat verib. Onun sözlərinə görə, hakim Vidadi Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ANS-in nümayəndəsi Sevda Məhərrəmov və ANS-in vitse-prezidenti Mirşahin Ağayev çıxış edib. Onlar çıxışlarında hakimlər tərkibinə dair etirazlarını bildiriblər. Daha sonra həmin şəxslər məhkəmə heyətinə etiraz ediblər. Məhkəmə etiraza münasibəti isə məhkəmənin növbəti iclasında açıqlanacaq. Proses aprelin 13-də davam etdiriləcək. Qeyd edək ki, 2015-ci ildə MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. Belə ki, MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi MTRŞ-nın iddiasini təmin edib. Həmin qərardan narazı qalan ANS apellyasiya şikayəti verib. Ali Məhkəmədə ANS-in MTRŞ-nın kanalın fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə qərardan verilən kassasiya şikayətinə də baxılıb. Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib. Geri qayıt |