Əsas Səhifə > Əsas xəbərlər > “ÖTƏN İLLƏRDƏ çox avatürist layihələrə pullar ayrıldı…”

“ÖTƏN İLLƏRDƏ çox avatürist layihələrə pullar ayrıldı…”


14-04-2017, 14:50

Hesablama Palatasının fəaliyyəti müsbət qiymətləndirilməlidir və əslində bu, parlament olaraq bizim uğurumuzdur”.

Modern.az xəbər verir ki, bunu barədə parlamentdə Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deputat Fərəc Quliyev deyib.

Deputat bildirib ki, hesabatda “AZAL” və “Bakı Metropoliteni”nin vahid büdcə təsnifatından çıxarılması tövsiyə olunur ki, bu da çox doğru addımdır.
“Bununla yanaşı, məlumunuz olduğu kimi, ötən illərdə çox avantürist layihələrə külli miqdarda dövlət vəsaiti, kreditlər ayrıldı, həmin vəsaitlərin böyük əksəriyyəti də ölkədən kənara çıxarıldı… Palata niyə vaxtında bunlara diqqət yetirməyib?”


Geri qayıt