Əsas Səhifə > Əsas xəbərlər > Bakı Slavyan
Bakı Slavyan16-05-2017, 10:53 |
Bakı Slavyan Universitetinin (BSU) Türkiyə araşdırmaları tədris və mədəniyyət mərkəzinin təşkilatçılığı ilə 19 may Atatürkü Anma, Gənclik və İdman bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən BSU-nun Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müəllimi Natiq Abdullayev Türkiyədə təhsil aldığı illərdə Atatürklə bağlı keçirilən tədbirlər barədə xatirələrini bölüşüb. N.Abdullayev 19 may tarixinin Türkiyənin şanlı səhifələrindən biri olduğunu qeyd edərək türk gəncliyini öz tarixini unutmamağa səsləyib. Sonra BSU tələbələri və universitet nəzdində Məktəb Lisey Kompleksinin şagirdi Firuzə Qasımzadə, Bakı Türk Anadolu Liseyinin şagirdi Fərhad Teymurov “19 May”, “Bayraq”, “Samsuna doğru” adlı şeirlər səsləndirib, “İzmir marşı” və Atatürkün sevdiyi mahnıları xor şəklində ifa ediblər. Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova 19 May bayramının “Bir millət, iki dövlət” sayılan Azərbaycan və Türkiyə üçün ortaq bayram olduğunu deyərək iki qardaş ölkə arasındakı milli irs və bərabərlikdən söz açıb. “Türkün ayaq basdığı yer Vətəndir!” söyləyən X.Sultanova türk soyunun müqəddəs adət- ənənələrə sahib olduğunu bildirib. Yunis Əmrə İnstitutunun Bakı ofisinin təhsil üzrə koordinatoru Ali İhsan Çevik yüksək təşkilatçılığa görə Türkiyə araşdırmaları tədris və mədəniyyət mərkəzinə minnətdarlığını bildirib. Sonda Yunis Əmrə İnstitutunun fəaliyyətini əks etdirən slayd nümayiş olunub.AzerTaym.az Geri qayıt |