Əsas Səhifə > Əsas xəbərlər > Müəllimlərin kütləvi ixtisarı başlayır
Müəllimlərin kütləvi ixtisarı başlayır26-05-2017, 14:53 |
“Bu günə kimi Təhsil Nazirliyi tərəfindən Azərbaycanda 140 minə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçirilib. Hazırda Bakıda 7 min müəllimin qiymətləndirilməsi aparılır. Bununla da proses tam başa çatacaq”. AzerTaym.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.Onun sözlərinə görə, bu işlərin həyata keçirilməsində məqsəd səriştəli təhsil verənlərin hazırlanması və təhsil mühitinə cəlb edilməsidir. C. Valehov qeyd edib ki, artıq diaqnostik qiymətləndirmənin nəticələri ilə bağlı Təhsil Nazirliyində müəyyən məlumatlar var: “Diaqnostik qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin bir qismi təlimlərə cəlb edilərək, nəticələrini yaxşılaşdırmaq üçün onlara şans veriləcək. Bununla yanaşı, qiymətləndirmədə kifayət qədər zəif nəticə göstərən müəllimlər var ki, onlar məktəblərdən ixtisar olunacaq. Çünki başqa yol yoxdu. İstəyirik ki, yüksək bilikli, savadlı, bacarıqlı müəllimlər işlə təmin olunsun. Ötən il rekord sayda namizəd işə qəbul üçün müraciət edib, onlardan 30 mini imtahanda iştirak edib. Bu il Azərbaycanda vakansiyaların sayları artırılıb, səriştəli müəllimlərin işə cəlb olunması üçün yeni imkanlar yaradılır”. Geri qayıt |