Əsas Səhifə > Əsas xəbərlər > Yasamalda məcburi köçkünlərin yataqxanası yanır
Yasamalda məcburi köçkünlərin yataqxanası yanır7-06-2017, 14:18 |
Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 1-də məcburi köçkünlər yaşayan yataqxanada güclü yanğın başlayıb. Lent.az-ın hadisə yerində olan əməıkdaşının xəbərinə görə, yanğın binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrini əhatə edir. Binanın bir bloku tamam yanıb. Yanğın yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Vəziyyəti nəzarətə almaq üçün əlavə yanğınsöndürmə briqadalarının əraziyə cəlb edilməsi xahiş edilib.
Hadisə nəticəsində xəsarət alan yoxdur. Yataqxanada yaşayan insanlar təxliyə olunub.
![]() ![]() ![]() ![]() Geri qayıt |