Əsas Səhifə > Əsas xəbərlər > Jurnalistlər üçün 3-cü binanın
Jurnalistlər üçün 3-cü binanın23-06-2017, 12:49 |
Azərbaycan jurnalistləri üçün inşası nəzərdə tutulan üçüncü binanın təməli qazılmağa başlayıb. AzerTaym.az saytı Qaziler.az-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün inşa edilmiş birinci bina sakini Rey Kərimoğlu deyib. Onun sözlərinə görə, konkret prezident sərəncamı olmasa da, üçüncü binanın da tikiləcəyi gözlənilirdi. “Bir neçə gündür ki, jurnalistlər üçün inşa edilmiş ikinci binanın yanında qazıntı işlərinə başlanıb. Ərazidə bina tikintisi üçün işlərə hazırlıq gedir. Çox güman ki, ikinci binanın açılışından sonra üçüncü binanın təməl qoyması mərasimi olacaq. Qazma işini aparan inşaatçılar da bunu təsdiq etdilər. Hələ birinci binanın açılışında prezident demişdi ki, bu ərazi, ümumiyyətlə mədəniyyət şəhərciyi olacaq. Və jurnalistlər üçün üç bina tikiləcək”.
Geri qayıt |