Əsas Səhifə > Əsas xəbərlər > BDU-nun jurnalistika

BDU-nun jurnalistika


6-07-2017, 16:21

Bakı Dövlət Universitetində (BDU)yeni təyinat olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, universitetin Beynəlxalq Jurnalistika kafedrasının müəllimi Vüqar Zifəroğlu Jurnalistika fakültəsinin dekanı seçilib.

Məsələ ilə bağlı universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Modern.az-a faktı təsdiqləyib.

P.İbrahimova V.Zifəroğlunun bu gündən vəzifəsinin icrasına başladığını bildirib.

Qeyd edək ki, V.Zifəroğlu mayın 12-də dekan əvəzi təyin olunmuşdu. Ona qədər BDU-nun Jurnalistika fakültəsinin dekanı vəzifəsini müvəqqəti olaraq Cahangir Məmmədli icra edirdi.

AzerTaym.az


Geri qayıt