Əsas Səhifə > Əsas xəbərlər > Nazirliyin ləğv olunacağı və rəhbərliyin istefası barədə

Nazirliyin ləğv olunacağı və rəhbərliyin istefası barədə


18-07-2017, 17:20

fhn

“İyulun 18-də bəzi saytlarda Fövqəladə Hallar Nazirliyinin ləğv olunacağı və nazirliyin rəhbərliyinin istefası ilə bağlı heç bir əsası olmayan məlumatlar yer alıb”.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

“Bu məlumatlar həqiqətə uyğun deyil, tamamilə əsassızdır”, – deyə mətbuat xidmətindən bildirilib.

FHN mətbuat nümayəndələrini diqqətli və məsuliyyətli olmağa, nazirliklə bağlı məlumatları qurumun mətbuat xidməti ilə dəqiqləşdirdikdən sonra yaymağa çağırır.


Geri qayıt