Əsas Səhifə > Əsas xəbərlər > Polkovnik dənizdə batdı –
Polkovnik dənizdə batdı –27-07-2017, 10:56 |
Dənizə girən üç nəfər xilasedicilərin gözü qarşısında boğulub, birini vətəndaşlar xilas edib İyulun 23-də Pirşağı çimərliyində üç şəxsin boğulması ilə bağlı Avtosfer.az saytına məlumat daxil olub. Çimərlikdə istirahət edənlər bildiriblər ki, suda boğulan şəxsləri gördükdə FHN-nin xilasedicilərini çağırıblar. Onlar gələnə kimi həmin ərazidəki istirahət edən şəxslərlə birləşib boğulanlardan birini xilas ediblər. Xilasedicilər gəldikdən sonra isə suda boğulan şəxsləri xilas etməyəcklərini və həmin ərazidəki qayığın yararsız vəziyyətdə olduğunu bildiriblər. Suda qalan digər iki nəfərdən biri gözdən itib, o birinin isə təqdim olunan videoda boğulan vəziyyətdə başı görünür. Həmin görüntüləri sizə təqdim edirik. Geri qayıt |