Əsas Səhifə > Əsas xəbərlər > Baş nazirin müavini Əli Həsənovun nəvəsinin avtomobili
Baş nazirin müavini Əli Həsənovun nəvəsinin avtomobili4-08-2017, 09:39 |
Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. “Qafqazinfo” xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşının xəbərinə görə, “Mercedes Gelandewagen” markalı avtomobil paytaxtın Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən idarəetməni itirib və “VAZ 21015” markalı avtomobilə arxadan çırpılıb. Qəza zamanı piyadanın da vurulduğu bildirilir. Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. *** APA-nın xəbərinə görə, qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü və bir piyada ölüb, bir nəfər isə yaralanıb. “Mercedes Gelandewagen”in sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib. *** Virtualaz.org-un məlumatına görə, bu gün axşam saatlarında Bakının Heydər Əliyev prospektində qəzaya uğrayan “Mercedes Galendevagen” baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova məxsusdur. “Qafqazinfo” xəbər verir ki, sözügedən “Mercedes Galendewagen” avtomobili “10 PP 203” dövlət nömrə nişanlı olub və həmin vaxt baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev də maşında olub. O, qəza nəticəsində ağır bədən xəsarətləri alıb. Hadisə baş verən kimi Həsənovun nəvəsi maşından təcili çıxarılaraq aparılıb.
Geri qayıt |