Əsas Səhifə > Əsas xəbərlər > Arif Əsgərovun baldızı ifadə verib
Arif Əsgərovun baldızı ifadə verib8-09-2017, 20:05 |
Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızının oğlu Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilib. Məhkəmədə təqsirləndirilən şəxsin anası Lətifə Hüseynova şahid qismində ifadə verib. Lətifə Hüseynova deyib ki, oğlunun heç kəsə borcu yoxdur. O, rayonda olan mal-qaranı, qoyun-quzunu satıb, oğlunun borcunu qaytardığını söyləyib. Qeyd edək ki, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.
Geri qayıt |