Əsas Səhifə > Əsas xəbərlər > Dövlət televiziyasında YOXLAMALAR başladı
Dövlət televiziyasında YOXLAMALAR başladı3-10-2017, 10:00 |
Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətində yoxlamalar başlayıb. İstiqlal.az xəbər verir ki, yoxlamanı xüsusi audit qrupu aparır. Məlumatda bildirilir ki, yoxlamanın səbəbi AzTV-nin rəhbəri Arif Alışanovun şübhəli maliyyə əməliyyatları aparması ilə bağlıdır. İddialara görə, dövlət büdcəsindən AzTV-yə ayrılan 15 milyon manatın təyinatı üzrə xərclənmədiyinə dair şübhələr var. Məlumatda deyilir ki, yoxlama nəticəsində mümkündür ki, ortaya daha böyük məbləğlər çıxsın. Geri qayıt |