Əsas Səhifə > Əsas xəbərlər > Fazil Məmmədov I vitse-prezidenti vəzifədən azad edib -

Fazil Məmmədov I vitse-prezidenti vəzifədən azad edib -


24-10-2017, 11:33

Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində kadr dəyişikliyi aparılıb. 
 
AGF-dən apasport.az saytına verilən məlumata görə, qurumun prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə I vitse-prezident Namiq Əliyev tutduğu vəzifədən azad edilib.
 
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Sahib Ələkbərova həvalə edilib. 
 
Qeyd edək ki, Ələkbərov Azərbaycan Velosiped Federasiyasında da eyni postu tutur. 

Geri qayıt