Əsas Səhifə > Əsas xəbərlər > Ağ pələnglər Bakıya gəlir: BAKI SİRKİndə

Ağ pələnglər Bakıya gəlir: BAKI SİRKİndə


4-11-2017, 19:56

Bakı Dövlət Sirki yeni mövsümü noyabrın 9-da "Ağ pələnglər attraksionu sirk-şousu ilə açacaq.
"AzerTaym.az" xəbər verir ki, tamaşaçıları həmişə yeniliklərlə, qeyri-adi nömrələrlə sevindirən Bakı Dövlət Sirki bu dəfə də ənənəsinə sadiq qalıb.
 
Proqrama ağ pələnglər, qeyri-adi illüziya, "İriston” cigitlər qrupu, əhliləşdirilmiş itlər, hava gimnastları, unikal yelləncəkdə akrobatlar, həlqələrlə rəqs, jonqlyor, şən kloun və digər nömrələr daxildir.
Biletləri sirkin kassalarından əldə etmək olar.
Ünvan:  Səməd Vurğun küç. 68e 
 
Telefon:  (012)597 28 48, 597 25 95.



Geri qayıt