Əsas Səhifə > Əsas xəbərlər > Məşhurlarla görüşdən xatirələr:
Məşhurlarla görüşdən xatirələr:22-12-2017, 12:54 |
Azərbaycan Milli Məclisinin deputatları tez-tez müxtəlif xarici səfərlərdə olur, dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəsmi şəxsləri, digər sahələrdən olan məşhur simalarla görüşlərdə iştirak edirlər. Belə görüşlər mütəmadi olaraq elə ölkəmiz daxilində də gerçəkləşir. Sözsüz ki, həmin görüşlərdən, məşhur simalarla ünsiyyətdən nələrsə deputatların yaddaşında ilişib qalır. Bu, gözləmədikləri hadisə, maraqlı dialoq, qeyri-adiliklə dolu söhbət və s. ola bilər. Modern.az saytın;n “Məşhurlarla görüşdən xatirələr” adlı rubrikasında deputatlar məşhur simalarla görüşlərdən yadda saxladıqları xatirələri bölüşürlər. Budəfəki müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbasdır. “Həmişə Fərhad Bədəlbəyli ilə görüşməyə can atırdım” Deputat bir çox dövlət və ictimaiyyət nümayəndələri ilə görüşlərdə iştirak etdiyini, yaddaşında maraqlı məqamlar qaldığını bildirib. “Fərhad Bədəlbəyliyə sübut etdim ki, Şuşadan deyil, Ağcabədidəndir” “Onunla ilk görüşümüz bir neçə il bundan əvvəl baş tutdu. Biz ilk dəfə tədbirdə bir araya gəldik. O da məni tanıyırdı. Amma münasibətimiz yox idi. Daha sonra onunla görüşüb, çörək kəsdik. O gündən bu günə də dostumdur. Mənim yaddaşımda onunla bağlı çox maraqlı şeylər var. Fərhad Bədəlbəyli Şuşa şəhərindəndir. Amma mən ona sübut etdim ki, Şuşadan deyil, Ağcabədidəndir. Ağcabədidə onların nəslinin adına kənd var.Mən onu inandırdım ki, Ağcabədidəndir. Onunla birlikdə Ağcabədiyə gedik. Oralarla onu tanış etdim. Söhbətimiz tutdu və dost olduq”. “Həm Fərhad Bədəlbəyli, həm də Siyavuş Kərimi mənə xaş qonaqlığı borcludur. Bir dəfə mən onları xaşa aparmışdım. Getdik xaş yedik. Daha sonra mənə dedilər ki, Mərdəkan tərəfdə yaxşı xaş verirlər. Gedib orada da yeyərik. Amma hələ də yeyirik, yenə də... Bu hadisə keçən il baş verib. Fərhad müəllimlə 3 gün bundan əvvəl də bir yerdə olmuşuq. Polad Bülbüloğlu və mən Fərhadın kabinetində bir stəkan çay içdik. Üç qarabağlı xeyli dərdləşdik. Biz görüşlərimiz zamanı ədəbiyyatdan, Qarabağın tarixindən, bəylərimizdən, xanlarımızdan danışırıq. Fərhad Bədəlbəyli ilə yaxın dostuq. Mənim ailəvi ən yaxın dostum isə Rəşad Məciddir”. Deputat türk dünyasının məşhur siması Barış Manço ilə də görüşdən xatirə danışıb:
Geri qayıt |