Əsas Səhifə > Əsas xəbərlər > DİAQNOSTİKA Mərkəzində DEPUTATI KOMAYA SALDILAR
DİAQNOSTİKA Mərkəzində DEPUTATI KOMAYA SALDILAR13-01-2018, 17:01 |
Məlumata görə, N.Əlyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və elə əməliyyatdan sonra da komaya düşüb. N.Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür. Deputat həmkarı Cavanşir Paşazadə bildirib ki, Nəriman Əliyevin vəziyyəti yaxşılığa doğru dəyişib: “Bu hal hər adamda baş verə bilər. Təsadüfi xəstəlikdir. Artıq səhhəti yaxşılığa doğru dəyişib, problem arxada qalıb. Ürək damarlarından biri dəyişilib. Ürəyində ciddi problem yarananda həkimi yanında olub. Tez bir zamanda xəstəxanaya çatdırıblar. Həkimi ilə əlaqə saxlamışam. Həkimi vəziyyətinin yaxşı olduğunu dedi. Artıq qorxulu nəsə yoxdur. Ona Allahdan tezliklə şəfa diləyirəm”. “AzPolitika”ya daxil olan məlumata görə, deputatın ürəyində problemin olduğu təsadüfən aşkarlanıb. Belə ki o, həyat yoldaşını müayinədən keçirmək üçün Respublika Diaqnostika Mərkəzinə gətirib. Gəlmişkən, özü də müayinədən keçib. Bu zaman məlum olub ki, ürək damarlarında tıxanıq var və anju olunmalıdır. Lakin tanınmış kardioloq Abbasəli Abbasəliyev deputatı anju edərkən o, komaya düşüb . Təcili olaraq tanınmış kardioloq Rəşad Mahmudov əməliyyata cəlb olunub və o, açıq ürək əməliyyatı ilə deputatı ölümdən qurtarıb.
Geri qayıt |