Əsas Səhifə > Əsas xəbərlər > Seçki BÜLLETENlerinin hazırlanması

Seçki BÜLLETENlerinin hazırlanması


8-02-2018, 10:21

Növbədənkənar prezident seçkilərində Mərkəzi Seçki Komissiyası tərəfindən seçki bülletenlərinin hazırlanması qaydası, forması və sayının təsdiq edilməsi prosesi martın 7-dək başa çatmalıdır.

Modern.az-ın məlumatına görə, bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət tədbirlərinin Təqvim Planında qeyd edilib.

 Səsvermə protokollarının MSK tərəfindən dairə seçki komissiyalarına, DSK-lardan məntəqə seçki komissiyalarına verilməsi prosesi səsverməyə ən azı 4 gün qalanadək, yəni aprelin 7-dək başa çatmalıdır.

 MSK tərəfindən seçki bülletenlərinin hazırlanması səsvermə gününə ən azı 10 gün qalanadək, yəni aprelin 1-dək başa çatacaq.

AzerTaym.az


Geri qayıt