Əsas Səhifə > Əsas xəbərlər > AĞA Cəfərli: "Mətbuat xidməti olaraq İŞİMİZİ
AĞA Cəfərli: "Mətbuat xidməti olaraq İŞİMİZİ23-02-2018, 14:26 |
Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqə və Mətbuat xidməti şöbəsi 2009-cu ilin fevralında yaradılıb. 2017-ci ildən ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə tanınmış jurnalist Ağa Cəfərli rəhbərlik edir. - Ağa müəllim, ictimaiyyətlə əlaqələrin qurulması və universitetlə bağlı mətbuata informasiyanın düzgün çatdırılması şöbənin əsas fəaliyyət istiqamətlərindəndir. Bu sahədə görülən işlər, fəaliyyətiniz barədə nə deyərdiniz? - Həqiqətən də ictimaiyyətlə əlaqənin düzgün qurulması hər bir qurum, universitet üçün xüsusi əhəmiyyətə malikdir və Azərbaycan Dillər Universiteti də bu sahəyə lazım olan diqqəti yetirir. Azərbaycan Dillər Universitetində İctimaiyyətlə Əlaqə Departamenti fəaliyyət göst - KİV-lərdə ADU haqda yayımlanan məlumatların monitorinqi aparılırmı? Mümkünsə monitorinqin nəticələri barədə məlumat verərdiniz. - Bəli, bu istiqamətə xüsusi diqqət yetiririk. Dövlət və özəl qurumların, universitetlərin KİV sahəsi ilə bağlı monitorinqini aparan bir şirkətlə müqaviləmiz var. Onlar bizə gündəlik və aylıq məlumatları təqdim edirlər. Paralel olaraq özümüz də monitorinq məsələsini diqqətdə saxlayır, ayrıca müşahidə aparırıq. Monitorinqin nəticələrinə əsasən demək olar ki, bizim xəbərlərimiz ən azı 20 saytda və 6-7 qəzetdə yayımlanır. Televiziyalar bizim tədbirlərimizi hər zaman işıqlandırırlar. Zəhmət çəkən hər kəsə təşəkkür edir və bunu ö - ADU-nun rəsmi internet saytı ilə bağlı hansı işləri görürsünüz? - ADU-nun rəsmi internet səhifəsi hər gün yenilənir. İnternet səhifəmiz Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Saytımızın başqa dillərdə olan versiyalarının da fəaliyyət göstərməsi diqqətdə olan məsələlərdəndir. Onu da deyim ki, ADU ilə maraqlanan hər bir şəxs sayta daxil olaraq universitetimiz haqqında geniş məlumat ala bilər. Bir məsələni də xüsusi qeyd etmək istəyirəm. Bu yaxınlarda hörmətli rektorumuz və universitetimizin əməkdaşları üç universitetə - Kiyev, Minsk və Moskva Linqvistik universitetlərinə dəvət olundu. ADU ilə bu universitetlər arasında mühüm sazişlər imzalandı. Bu ölkələrdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin yenidən təşkili və yaradılması ilə bağlı razılıq əldə edildi. Mühüm razılaşmalardan biri də bu üç u - Rəhbəri olduğunuz xidmət ölkədə fəaliyyət göstərən bütün televiziya, radio, xəbər agentlikləri, portalları və qəzetlərlə sıx əməkdaşlıq edirmi? - Bəli, biz KİV-lə sıx əməkdaşlıqda maraqlıyıq, onlar da bizim əməkdaşlıq təklifimizə həmişə müsbət cavab veriblər. Görülən işləri, tədbirlərimizi işıqlandıran bütün jurnalistlərə, əziz dostlarıma sizin vasitənizlə xüsusi minnətdarlığımı çatdırmaq istəyirəm. Var olsunlar! - Sizcə, hər hansı bir qurumun mətbuat xidmətinin rəhbəri seçilmək və uğurlu fəaliyyət göstərmək üçün nələr tələb olunur? - Mətbuat xidmətinin rəhbəri olmaq çətin, çox məsuliyyətlidir. Mənə elə gəlir ki, mətbuat xidməti rəhbəri böyük təcrübəyə malik, enerjili adam olmalıdır. Təcrübən olmasa, jurnalistlərin böyük əksəriyyətini şəxsən tanımasan, böyük problemlərlə üzləşəcəksən. Mətbuat xidməti rəhbərinin idarəçilik qabiliyyəti və təcrübəsi də olmalıdır ki, daxildə işi düzgün qurub, sonra görülən işlər barəsində ictimaiyyətə məlumat ötürə bilsin. - Media ilə uğurlu iş, əməkdaşlıq qurmaq üçün mətbuat xidməti hansı keyfiyyətlərə malik olmalıdır? - Xidmətdən söhbət gedirsə... Texnologiyanın bütün imkanlarından yüksək səviyyədə istifadə etmək lazımdır. Biz dediyim kimi, öz təbliğatımızı həm də öz saytımız vasitəsilə qurmağa çalışırıq. Bundan başqa, Facebook səhifəmiz aktiv formada işləyir, insanların bizim işə verdiyi qiyməti görür və düzü, fərəhlənirik. Universitetin TV studiyasının Youtube səhifəsi var və çalışırıq ki, o səhifəyə də baxış sayı çox olsun. - ADU-nun məlumatlarının KİV-də işıqlandırılma səviyyəsi sizi qane edirmi? - Qane edir. Bayaq dedim, ümumilikdə 30-a yaxın redaksiya bizim məlumatları işıqlandırır və bu, yaxşı göstəricidir. Ancaq təbii ki, bununla kifayətlənmək olmaz. Hər gün artan cəhdlə işləmək lazımdır. 525.az
Geri qayıt |