Əsas Səhifə > Əsas xəbərlər > Azərbaycanda yumurta və toyuq ətinin qiyməti
Azərbaycanda yumurta və toyuq ətinin qiyməti19-07-2018, 14:41 |
Azərbaycanda yumurtanın və toyuq ətinin qiyməti qalxıb. Yay mövsümünün əvvəlində 8-9 qəpiyə satılan yumurta indi 14-16 qəpiyə təklif edilir. Toyuq ətinin bir kiloqramı isə 6 manata (əvvəl qiymət 3 manat 80 qəpiklə 4 manat 50 qəpik arasında dəyişirdi) yüksəlib. Növbəti hansı qida məhsullarının qiymətində bahalaşma gözlənilir? Bir çox iqtisadçılar bu bahalaşmanın davam edəcəyini proqnozlaşdırır. Bundan əlavə əhali arasında dolların bahalaşması ilə bağlı dedi-qodu da gəzir. Həqiqətənmi dolların bahalaşacağı üçünmü ölkəmizdə qida məhsulların qiymətində artım müşahidə olunur? Bununla bağlı Big.az-a açıqlama verən deputat Vahid Əhmədov bildirib ki, dollar müəyyən ölkələrdə öz dəyərini artırır və ya azaldır: "Azərbaycanda elə məhsullar var ki, digər ölkələrdən idxal edilir. Rusiyada, Türkiyədə milli valyuta dəyərdən düşüb. Bu dövlətlərdən ölkəmizə məhsul idxal edilir. Qiymətlərin bahalaşması da bu səbəbdən ola bilər. Çünki bu dövlətlərdən məhsullar dollar və avro ilə alınır. Məhz buna görə məhsulların qiymətində müəyyən dəyişikliklər ola bilər".
Geri qayıt |