Əsas Səhifə > Əsas xəbərlər > Azərbaycandakı oxşarlar...
Azərbaycandakı oxşarlar...25-09-2018, 08:28 |
Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında oxşarlar az deyil. Bəzilərinin oxşarı isə Azərbaycanda yaşamır. İndiyədək yalnız hər ikisi Azərbaycanda yaşayan oxşarlardan bəhs etmişik. Budəfəki təqdimatımızın qəhrəmanları da Azərbaycanda tanınıblar. Kənd inkişafında bələdiyyələrin rolu, paytaxt idaretmə modelinin müəyyən edilməsi, Azərbaycan iqtisadiyyatının şaxələnmə problemlərinin öyrənilməsi, regionların sosial-iqtisadi inkifaında fərqlərin qiymətləndirilməsi kimi müxtəlif nəşrlərə və araşdırmalara müəlliflik edib. Müntəzəm olaraq ölkə iqtisadiyyatının ən müxtəlif problemləri ilə bağlı müəllif yazıları və analizlərlə çıxışlar edir. Azərbaycan Dövlət İqtisad Universitetini və bu Universitetin aspiranturasını bitirib. 1983-1985-ci illərdə Əfqanıstanda hərbi xidmətdə olub, əsgərlikdən qayıtdıqdan sonra təhsilini davam etdirib. 1987-ci ildə Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin Tarix fakültəsinə (Sankt-Peterburq Universiteti) göndərilib.. 1990-cı ildə Leninqrad Dövlət Universitetində Tarix fakültəsinin antropologiya və etnoqrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1993-1996-cı illərdə əyani aspiranturada təhsil alıb. Azərbaycan, Türkiyə türkcəsi və rus dillərini sərbəst, ərəb, alman və gürcü dillərini isə orta səviyyədə bilir. 1996-cı ildə "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1995-ci ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsində çalışır, 1996-cı ildən “ Arxeologiya və Etnoqrafiya" kafedrasının müəllimidir. 2004-cü ildən kafedranın dosenti vəzifəsinə seçilib. Geri qayıt |